B.e-C.

09:00-18:00

Şənbə

09:00-18:00

Bazar

buraxılış
chat Söhbət
Grand Hospital

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz

"Grand Hospital" klinikası 2014-cü il aprel ayının 1-dən fəaliyyətə başlamışdır. 12 mərtəbədən ibarət korpusa malik Respublikanın ən böyük özəl tibb mərkəzi olaraq, peşəkar işçi heyəti və ən müasir tibb avadanlıqları ilə təchiz olunaraq müasir təbabətin bir çox sahələrində səmərəli fəaliyyət göstərməkdədir.

Dünya standartlarına uyğun tibbi xidmət anlayışını ölkəmizdə tətbiq edən Grand Hospital peşəkar həkimlərin, bilik və təcrübələrini səmimi şəkildə paylaşan tibbi heyətin, düzgün keyfiyyət strategiyasının, ən müasir tibb texnologiyasının və səhiyyədə inamın tanınmış ünvanıdır.

Klinikamızın Ürək Mərkəzi poliklinika və  funksional kardiologiya bölümü (EKQ, Rəngli Doppler – ExoKQ, stress-test arterial təzyiqin sutkalıq holter müayinəsi, sutkalıq holter EKQ, Stress-ExoKQ), invaziv kardiologiya və kateter laboratoriyası (koronar, periferik, renal, baş və boyun arteriyalarının angioqrafiyaları, koronar, renal və periferik arteriyalarının stent implantasiyaları, süni ritm cihazlarının implantasiyaları), kardioreanimasiya və stasionar xidmətlər, kardioloji xəstələrə təcili tibbi yardım – ambulans xidməti (7/24) ilə xidmətinizdədir. Bütün bunlarla yanaşı Ürək-damar cərrahiyyəsi bölümündə anadangəlmə ürək qüsurlarının açıq cərrahi müalicəsi, aorta-koronar şuntlama  və ürək qapaqlarının protezləşməsi əməliyyatları icra olunur.  Neyrocərrahiyyə şöbəsində ən yeni üsullarla hər növ baş və onurğa beyin xəstəliklərinin cərrahiyyəsi ən son cərrahi mikroskop, mikrocərrahi alətlər, ultrasəs aspirator, neyroendoskop və C-qolu rentgenoskop kimi müasir avadanlıq və alətlərlə təchiz olunmuş modern əməliyyatxanalarda həyata keçirilir. O cümlədən bel ağrıları,  onurğanın qeyri-stabilliyi, fəqərə arası disk yırtığının mikrocərrahi müalicəsi, karpal tunel sindromu, spinal stenoz, protruziya və  baş beyin şişlərinin müalicəsi aparılır.

Venalazer Mərkəzində varikoz xəstəliyinin tam dəqiq diaqnostikası mümkündür. Diaqnoz qoyulduqdan sonra müalicə taktikası seçilir. Dünya təcrübəsində tətbiq olunan ən son müalicə üsullarından istifadə olunaraq iri damarların  lazer üsulu ilə ağrısız və kəsiksiz əməliyyatları icra olunur. Orta və xırda damarların varikoz genişlənməsini skleroterapiya üsulu ilə tam aradan qaldırılır. Bütün bu proseduralardan sonra yataq rejiminə ehtiyac olmur. Pasient normal həyat rejiminə davam edir. Aşağı ətraflarda olan qan dövranı və estetik görünüş bərpa olunur.

Qaraciyər xəstəlikləri şöbəsi artıq bir neçə ildir ki, əhaliyə yüksək ixtisaslı yardım göstərir.  Bu şöbədə qaraciyərin müxtəlif növ xəstəlikləri: Viruslu hepatitlər, alkoqollu qaraciyər zədələnməsi, qaraciyərin piylənməsi və irsi xəstəlikləri, şəkərli diabet xəstələrində qaraciyərdə yaranan pozuntular ən müasir metodlarla müayinə və müalicə olunur. Qaraciyərin müalicəsində ən müasir  müalicə metodlarından olan elastometriya vasitəsi ilə xəstəliklər aşkar edilərək müalicə olunurlar. Son illər ərzində yeni tərtib olunan sxemlərlə C viruslu hepatitlərin ən ağır hallarda uğurlu müalicəsi aparılır.

Urologiya və Andrologiya bölümündə bütün növ uroloji və androloji patologiyaların diaqnostikası və müalicəsi aparılır. Hər növ açıq və qapalı əməliyyatlar uğurla həyata keçirilir. Aparan qapalı əməliyyatlarda ən müasir laparoskopik metodlardan istifadə edilir.

Ginekologiya şöbəmizdə bütün növ ginekoloji müayinə və əməliyyatlar (açıq və laparoskopik) öz həllini tapır. Kalposkopiya ilə alt genital sistemin patologiyalarının diaqnostikası və CO2 lazer vasitəsi ilə orqan saxlayıcı əməliyyatların icrası həyata keçirilir. Lazer üsulu ilə patologiyaların vaxtında aradan qaldırılması və ginekoloji xəstəliklərin aşkarlanması professional ginekoloqlar tərəfindən aparılır.

Anesteziologiya – reanimatologiya və intensiv terapiya şöbəmizdə tam peşəkar həkimlər tərəfindən ən kiçik yeni doğulmuşlardan yaşlı insanlara qədər anestezioloji və reanimatoloji xidmət göstərilir.

Uşaq cərrahiyyəsi və Pediatriya şöbəmizdə 0-17 yaş aralığındakı bütün uşaqlara pediatrik baxış, hər növ peyvəndlərin vurulması, onlara diaqnozun qoyulması və bütün növ pediatrik cərrahi əməliyyatlar həyata keçirilir.

Stomatoloji Mərkəzimizdə Azərbaycanda təkcə bizim klinikamızda dişlərə toxunulmamış əvvəlcədən Hollywood gülüşünüzü görə bilərsiniz. Yalnız biz əməliyyat olan zaman implant çənə sümüyünə yerləşdirilərkən zədələməmək üçün sinirləri  öncədən görə bilirik. Bununla da implant yerləşdirərkən deşici alətlərin hər hansı bir travma verməsinin qarşısı alınmış olur.

Grand Hospitalın Nevrologiya şöbəsində hər növ nevroloji şikayəti olan pasientlərə xidmət göstərilir. Belə ki, bütün növ baş ağrıları, baş gicəllənmələr, damar xəstəlikləri (insultlar), epilepsiya, parkinson xəstəliyi, osteoxondrozlar, protruziya və yırtıqların müalicəsi uğurla həyata keçirilir. Həmçinin nevroloji xəstəliklərin diaqnostikasında çox vacib rol oynayan EMG (elektromioqrafiya), standart və yuxu EEG  (elektroensefaloqrafiya)  müayinələri icra olunur. Standart konservativ müalicədən əlavə olaraq akupunktura, refleksoterapiya, botoks, proloterapiya və müalicəvi blokadalar uğurla tətbiq olunur.

Qulaq, burun, boğaz və baş-boyun bölməsində, hər növ qulaq,burun və boğaz əməliyyatları, üz-çənə, baş-boyun, plastik-estetik və rekonstuktiv əməliyyatları dünya standartlarına uyğun, yeni texnologiyalar ilə həyata keçirilir.

Klinikamızda həmçinin Təcili tibbi yardım şöbəsi də fəaliyyət göstərir. Müasir portativ tibbi avadanlıqlarla təchiz edilmiş 2 ambulans maşınla təcili tibbi yardım briqadaları 24 saat ərzində bütün növ çağırışlara tibbi xidmət göstərir. Eyni zamanda tibb personalının müşayiəti ilə xəstələrin daşınmasını uğurla həyata keçirilir.

Bunlardan əlavə klinikamızda Kosmetologiya,  Oftolmologiya, Ümumi cərrahiyyə, Proktologiya, Radiologiya, Travmotologiya-Ortopediya, Qastroentrologiya, Pulmonologiya, Fizioterapiya, Endokrinologiya, Dietologiya, Dermatologiya bölmələri də fəaliyyət göstərir. Ən son avadanlıqlarla təchiz olunmuş, geniş profilli laboratoriyamız xəstələrin diaqnostikasında uğurla fəaliyyət göstərir.

 

Grand Hospital, nəinki xəstə olduğunuz zaman, hətta sağlam anlarınızda da yanınızdadır.
Ürəkdən gələn sağlamlıq! - "Grand Hospital"

Sağlam olun!