B.e-C.

08:00-18:00

Şənbə

08:00-18:00

Bazar

08:30-14:00
chat Söhbət
Referans Klinik Laboratoriya Mərkəzi

Həkimi seçin

Vaxtı seçin

Əlaqə nömrənizi qeyd edin

Ərizənizi ünvanladıqda servisin

iş şərtlərini qəbul edirsiniz

HAQQIMIZDA:

Referans Klinik Laboratoriya Mərkəzinin laboratoriyası ən son model avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriyada müayinələr bütün mərhələlərdə təlimatlara ciddi riayət olunmaqla aparılır. Mərkəzimizin əsas məqsədlərindən biri inkişaf etmək, zəruri infrastruktura malik olmaq və pasiyentlərə daha yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etməkdir.

Mərkəzimizdə “doğru nəticə- sıfır xəta” prinsipi qarşıya məqsəd kimi qoyulub. Bu məqsədin əsasında mərkəzdə keyfiyyətə nəzarət sistemi qurulub. Bu sistem pasiyentə nəticə verilməzdən əvvəl laboratoriyada iş prosesini və rəqəmsal nəticələri izləməyə, problemləri aşkar etməyə və postanalitik mərhələdən öncə müayinə nəticələrinə nəzarət etməyə imkan verir.

Məsuliyyətimizi dərk edərək daima ən yüksək səviyyəli tibbi xidmət göstərmək və hər kəsin etibar etdiyi laboratoriya mərkəzi kimi qalmağa çalışırıq. Bu strateji hədəfimizin əsasında bizə müraciət edən pasiyentlərimizə yüksək keyfiyyətli laborator xidmət göstəririk. Qabaqcıl dünya təcrübəsindən və müasir tibbi texnologiyaların imkanlarından istifadə edərək, pasiyentlərimizin məmnunluq dərəcəsini fasiləsiz yüksəltmək əzmindəyik.

Fəaliyyətimizdə beynəlxalq əlaqələr xüsusi əhəmiyyət daşıyır. Belə ki, mütəxəssislərimiz daim xarici ölkələrdə elmi konfranslarda və təkmilləşmə kurslarında iştirak edirlər. Xüsusi olaraq vurğulamaq istərdik ki, Referans Klinik Laboratoriya Mərkəzində Azərbaycanın məşhur yüksək ixtisaslı mütəxəssisləri ilə yanaşı Türkiyədən dəvət olunmuş həkimlər də çalışır.

MƏQSƏD VƏ MİSSİYAMIZ:

  • Əhalinin sağlamlığının yaxşılaşdırılmasına və səhiyyə sisteminin inkişafına dəstək olmaq. Eyni zamanda səhiyyə sisteminiə olan etimadın daha da gücləndirilməsinə dəstək olmaq.
  • Laborator diaqnostika sistemində üztünlüklərimizlə digər laboratoriyalarda da peşakarlıq səviyyəsinin artırılması.
  • Azərbaycanda daha öncə aparılmayan bütün laborator xidmətlərin artıq yerli bir laboratoriya tərəfindən aparılmasını təmin etmək.
  • Pasiyentlərimizin ehtiyaclarına uyğun müəyyən edilmiş yüksək keyfiyyətli xidmət göstərmək.
  • Peşəkar və işinə sadiq yerli və xarici tibbi personalı işə cəlb etmək, təlimləndirmək və ixtisasını artırmaq. Bunulada bütün bölümlər üzrə daha da dəqiq nəticə əldə etmək.
  • Pasiyentlərimizin bizə olan inamını qorumaq və daima onların məmnunluğunu təmin etmək.
  • Bütün müayinələrin şəffaf həyata keçirilməsi öhdəliyinə sadiq qalmaq.
  • Azərbaycanda laborator xidmət göstərilməsi üzrə REFERANS laboratoriya olmaq.
  • Keyfiyyət sahəsində müəyyənləşdirilmiş məqsədlərin davamlı izlənilməsini aparmaq və keyfiyyəti hər zaman ön planda tutmaqla, idarəetmə sisteminin effektiv işləməsini təmin etmək.
  • Göstərdiyimiz xidmətləri zamanın tələblərinə uyğun yüksəltmək və inkişaf etdirmək.

DƏYƏRLƏRİMİZ:

  • Keyfiyyət – Gördüyümüz hər bir işi beynəlxalq standarlara uyğun bir şəkildə həyata keçirmək.
  • Şəffaflıq– Özümüzə, pasiyentlərimizə və tərəfdaşlarımıza qarşı şəffaf və dürüst olmaq.

ÜSTÜNLÜKLƏRİMİZ:

  • Geniş çeşidli laborator xidmətlər. Laboratoriyamızda bütün bölümlər üzrə tədqiqatlar aparılır. Standart müayinələrdən kənar olaraq Azərbaycanda ilk dəfə olaraq artıq genetik müayinələrin, autoimmun testlərinin, allergik panellərinin, atalıq testinin, yenidoğulmuşların metabolik skrininq testinin, qida həssaslığı testinin, bütün bədən mayelərindən mikrobioloji müayinələrin, qan xəstəliklərinin diaqnostikası, prenatal testlərinin diaqnostikası, minimum həssaslığa malik PZR müayinələrinin diaqnostikası və maya xromotoqrafiya həyata keçirilir.
  • Azərbaycanda ilk dəfə olaraq tam avtomatlaşdırılmış qapalı laborator sistem.
  • Ən müasir texnologiyaları özündə birləşdirən, Almaniyanın, Türkiyənin Fransanın, ABŞ, Niderland və s. ölkələrin istehsalı olan referans cihazlarla təchiz olunmuş REFERANS bir laboratoriya. Bu cihazlar vasitəsilə laboratoriyamızda minlərlə analizlər, o cümlədən müxtəlif genetik testlər, onkoloji markerlər, yenidoğulmuşların skrininq testləri, autoimmun testlər və s. müayinələr yerinə yetirilir.
  • Mərkəzimiz fəaliyyətə başladığı gündən etibarən Laboratoriya İdarəetmə Sistemi (LİS) ilə idarə olunur. Biomaterial nümunələri laboratoriyaya kodlaşdırılmış şəkildə daxil olur. Qurulan sistem vasitəsilə insan əli dəymədən cihaz qanın barkodunu oxuyur və lazım olan testi işləyərək sistemə ötürür. Bu üsulla pasiyentə tez bir zamanda tam düzgün nəticə verilir.
  • Laboratoriyanın hər bir bölümündə istifadə olunan tam avtomatlaşdırılmış cihazlar vasitəsilə bütün işlər daha yüksək səviyyədə görülür. Pasiyentlər isə onlara anonimliyin qorunması məqsədilə verilən şəxsi kodlarla www.referansclc.com saytına daxil olaraq öz evlərindən, iş yerlərindən, hətta dünyanın istənilən ölkəsindən eyni zamanda öz istəklərinə əsasən elektron poçt vasitəsilə də analiz nəticələrini əldə edə bilərlər. Bundan başqa, analiz nəticələri hazır olan zaman pasiyentə mesaj vasitəsilə də bildiriş göndərilir.
  • Göstərilən xidmət zamanı “doğru nəticə-sıfır xəta” prinsipi qarşıya məqsəd kimi qoyulub. Hər bir pasiyentə verilən nəticənin düzgünlüyünə əmin olmaq üçün laboratoriyamızda sistem elə qurulub ki, testlərin kontrolu və kalibrasiyası hər gün aparılır.
  • Yaşlı və hərəkət məhdudiyyəti olan pasiyentlərə,mərkəzə özü müraciət edə bilməyənlərə evlərində və ofislərində “Evinizdə müayinə” xidməti göstərilir. Peşəkar tibb personalımız evinizə gəlib analiz götürərək, biomaterialın saxlanma şərtlərinə nəzarət edərək laboratoriyaya çatdırır.